Son 10 ildə ən çox gəlir əldə edən idmançılar - TOP-20
"Forbes" jurnalı son 10 ildə ən çox gəlir əldə edən idmançıların ilk "20"liyini təqdim edib. Modern.az jurnala istinadla xəbər verir ki, siyahıda ilk pilləni professional qolf iştirakçısı olan amerikalı Tayqer Vuds qazanaıb. İdmançı 2005-ci ilin yayından bəri 845 milyon dollar qazanıb. Həmin pulların əksəriyyəti qolf turnirlərindəki qələbələrə görə deyil, reklam kompaniyalarına görə ödənilib.
2-ci pillədə isə yenə amerikalı idmançı qərarlaşıb. Məğlubedilməz boksçu Floyd Meyuezer 10 ildə 660 milyon dollar qazanıb. 3-cü yerdə isə basketbolçu Kobi Brayant yer alıb. O, reklam müqavilələri və məvacib hesabına 475 milyon dollar gəlir götürüb.
10 ildə ən çox kapital toplamış idmançıların ilk "20"liyi aşağıdakı kimidir.
1. Tayqer Vuds - 845 milyon dollar
2. Floyd Meyuezer - 660 milyon dolar
3. Kobi Brayant - 475 milyon dollar
4. Lebron Ceyms - 472 milyon dollar
5. Fil Mikelson - 468 milyon dollar
6. Rocer Federer - 455 milyon dollar
7. Devid Bekxem - 441 milyon dollar
8. Menni Pakayo - 432 milyon dollar
9. Kriştiano Ronaldu - 407 milyon dollar
10. Lionel Messi - 350 milyon dollar
11. Aleks Rodrigez - 291 milyon dollar
12. Fernando Alonso - 289 milyon dollar
13. Deyl Ernhardt - 277 milyon dollar
14. Valentino Rossi - 275 milyon dollar
15. Derik Cetter - 271 milyon dollar
16. Kimi Raykonen - 261 milyon dollar
17. Rafel Nadal - 253 milyon dollar
18. Mariya Şarapova - 250 milyon dollar
19. Luis Hamilton - 246 milyon dollar
20. Peyton Meninq - 243 milyon dollar