Üzgüçülərimiz dünya çempionatında iştirak edəcək

alt

Azərbaycan üzgüçüləri iyulun 28-də Barselonada keçiriləcək su idmanı növləri üzrə dünya çempionatında medallar uğrunda mübarizəyə qoşulacaqlar. Bu barədə Azərbaycan Su İdmanı Növləri Federasiyasının baş katibi Fərid Bənənyarlı deyib.

Onun sözlərinə görə, ümumilikdə yarışlarda Azərbaycanı 4 idmançı təmsil edəcək. Bundan başqa, idmançılarımız suya tullanma üzrə yarışlarda da mübarizə aparacaqlar.

Baş katib bildirib ki, çempionat ərəfəsində FINA-nın (Beynəlxalq Üzgüçülük Federasiyası) iclası keçirilib. Azərbaycan Gənclər və İdman Nazirliyi və Federasiya təmsilçilərinin daxil olduğu nümayəndə heyəti iclasda iştirak edib.

İclas zamanı Xulio Maqlione yenidən FINA-nın prezidenti seçilib.