2024 Yay Olimpiya Oyunlarına namizəd şəhərlərin adı açıqlandı

eynəlxalq Olimpiya Komitəsi 2024 Yay Olimpiya Oyunlarına namizəd olan şəhərlərin siyahsını açıqlayıb. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, siyahıya Hamburq (Almaniya), Roma (İtaliya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Budapeşt (Macarıstan) daxil edilib.

Paris bundan əvvəl 1900 və 1924-cü illərdə, Los-Anceles 1984-cü ildə və Roma isə 1960-cı illərdə Olimpiya Oyunlarına ev sahibliyi edib. ABŞ-ın Boston və Kanadanın Toronto şəhərləri isə namizədliklərini geri götürüblər.