Azərbaycanlı atletdən ardıcıl rekordlar

Türkiyə yığması üçün yarışan azərbaycanlı atlet Ramin Quliyev 200 metrə qaçış üzrə Türkiyə rekordunu yeniləyib.

Dalgatv-nin  Apasport.az-a istinadən məlumatına görə, Quliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Dünya Challenge” yarışlarında 200 metr məsafəni 19.88 saniyəyə qaçaraq yeni rekord müəyyənləşdirib.

Həmyerlimiz bu nəticə ilə bu ilin 6-cı, bütün zamanların isə 34-cü ən yaxşı nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, bundan əvvəlki rekord da həmyerlimizə məxsus idi. O, Pekində keçirilən dünya çempionatında 200 metri 20.01 saniyəyə qaçaraq bundan əvvəlki ən yaxşı nəticəni təyin eləmişdi.