Ronaldo üçün çılğın təklif

alt"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldoya fantastik təklif gəlib. 

ANS PRESS-in məlumatına görə, Fransa çempionu PSJ portuqaliyalı futbolçu üçün "Real Madrid"ə 125 milyon avro təklif edib.

Fransız klubunun sahibi Əl Xəlaifi iki ildir UEFA tərəfindən qoyulan transfer limiti səbəbiylə ala bilmədiyi Ronaldonu bu dəfə klub sıralarına qata bilər. 30 yaşındakı təcrübəli oyunçu da PSJ-in təklifinə müsbət baxır. 

"Real Madrid" klubunun prezidenti Florentino Perez isə Ronaldo ilə yola davam etmək istəyir. Ancaq təcrübəli futbolçunun ayrılmaq istəməsi vəziyyəti tamam dəyişib. İddialara görə, ispan klubuna Ronaldo üçün PSJ ilə yanaşı köhnə klubu "Mançester Yunayted" də təklif göndərib. 

Qeyd edək ki, Kriştiano Ronaldo 6 ildir formasını geydiyi "Real Madrid"də 310 qol vuraraq klub tarixinə düşüb. Portuqaliyalı ulduz Raulun 323 qolluq rekorduna yaxınlaşıb.