Vladimir Putin söz verdi

altRusiya Prezidenti Vladimir Putin FIFA və bütün futbol həvəskarlarının 2018-ci il dünya çempionatı ilə bağlı ümidlərini boşa çıxartmayacağına dair söz verib.

ANS PRESS-in məlumatına görə, Rusiya lideri bu haqda ali futbol qurumunun prezidenti Yozef Blatterlə görüşündə deyib.

Putin bildirib ki, hazırda Rusiya qarşısında 2018-ci il dünya çempionatını keçirmək kimi böyük vəzifə var:

"Komandamızın necə çıxış edəcəyini deyə bilmərəm, bu, mütəxəssislərin işidir, lakin çempionata hazırlıq hakimiyyətin vəzifəsidir. Rusiyada çoxlu inzibati qərarlar qəbul edilir, lakin hazırlıq işləri də bir o qədər vacibdir. İşə fəal başlamışıq. Hər şey plan üzrə gedir və bildiyiniz kimi, sizi daim bu barədə məlumatlandırırıq".