Bakı klubunun baş məşqçisi Gürcüstan millisində

altBakının "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze futbol üzrə Gürcüstan yığmasının baş məşqçisi təyin edilib.

ANS PRESS Trend-ə istinadən xəbər verir ki, K.Sxadadze ilə müqaviləni bu gün Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava imzalayıb.

Müqavilə hələlik millinin iki oyunu - Malta ilə yoldaşlıq oyunu və Avro-2016 çərçivəsində Almaniya ilə oyun üçün nəzərdə tutulub.

2015-ci il iyunun 1-dən K.Sxadadze ilə iki il müddətinə yeni müqavilə rəsmiləşdiriləcək.

Həmin tarixdən gürcü məşqçi "İnter"i tərk edəcək.

Qeyd edək ki, "İnter" rəhbərliyi K.Sxadadzenin iki oyunluq müqavilə imzalamasına rəsmi razılığını verib.