Türkiyə-Braziliya matçı olacaq

altTürkiyə ilə Braziliya arasında hazırlıq oyunu baş tutacaq.

ANS PRESS-in məlumatına görə, Türkiyənin ev sahibliyi edəcəyi matç Şükrü Saracoğlu Stadında baş tutacaq. Azərbaycan futbol həvəskarlarının yaxından təqib etdiyi matç 12 noyabr tarixində keçiriləcək və oyun Türkiyənin "Show TV" kanalından canlı yayımlanacaq.

Qarşılaşmaya dünya şöhrətli ulduzlar damğasını vuracaq. Belə ki, Braziliya yığmasının heyətində David Luiz, Oskar, Neymar kimi tanınmış futbolçular çıxış edəcək.

Bu oyunla Qazaxıstan matçına hazırlaşan Türkiyə millisi isə hər iki oyunda qələbə qazanmaq niyyətindədir.

Hər iki oyun üçün Türkiyə millisinin heyəti də açıqlanıb:

Qapıçılar: Volkan Dəmirəl, Volkan Babacan, Harun Tekin.

Müdafiə: Tarık Çamdalı, Gökhan Gönül, Kaan Ayhan, Sərdar Əziz, Bəkir İrtəgün, Semih Kaya, Caner Erkin, İsmayıl Köybaşı.

Yarımmüdafiəçilər: Hamit Altıntop, Mehmet Ekici, Səlcuq İnan, Bilal Qısa, Oğuzhan Özyakup, Alper Potuk, Mehmet Topal, Ozan Tufan.

Hücum: Adəm Böyük, Volkan Şən, Gökhan Törə, Olcay Şahan, Arda Turan, Umut Bulut, Mevlüt Erdinç, Mustafa Pektemək, Burak Yılmaz.