Soçi Olimpiadiyası tarixə düşdü
Rusiyada keçirilən Olimpiadada bir ilk qeydə alınıb.
Dalgatv-nin Anspress-ə istinadən verdiyi xəbərə görə, qadınlar arasında dağ xizəyi üzrə yarış Olimpiada tarixinə keçib. Belə ki, ilk dəfə olaraq yarışın qızıl medalına eyni anda iki idmançı sahib çıxıb. Dominik Gisin və Tina Maze oyunu eyni nəticə ilə tamamlayıblar. Onlar 2,7 km-lik yarışı bir dəqiqə 41.57 saniyə ilə bitiriblər.
Soçi Olimpiyadasında iştirak edən Gisin İsveçrə, Maze isə Sloveniya təmsilçisi olub. İkinci pillənin sahibi olmayan yarışda bürünc medalın sahibi Lara Gut olub.
Sloven atlet bir qızıl medala iki idmançının qazanmasında pis bir şey olmadığını deyib. “Tam əksinə. Bu hal mənim xoşuma gəldi. Çünki Dominique ilə yaxın dostuq".