İstanbulda Azərbaycan və İran nəqliyyat nazirləri arasında görüş keçirilib

Azərbaycan və İran nəqliyyat nazirləri arasında görüş keçirilib.

APA-nın İRNA-ya istinadən məlumatına görə, görüş Türkiyənin İstanbul şəhərində keçirilən XI Beynəlxalq Nəqliyyat, Dənizçilik və Xəbərləşmə Şurasına üzv ölkələrin toplantısı çərçivəsində baş tutub.

Görüşdə hər iki tərəf beynəlxalq sahədə ikitərəfli əlaqələrin inkişafında nəqliyyatın əhəmiyyətini vurğulayıblar. Ziya Məmmədov həmçinin İran quru yollarında Azərbaycan dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin normal hərəkətinə yaradılmış şəraitə görə iranlı həmkarı Abbas Axundiyə təşəkkür edib.

Eyni zamanda Z.Məmmədov Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsini istəyib.