Gürcüstanda meşə yanğını söndürülüb
Gürcüstanın Svaneti bölgəsində Lentexi rayonunun Zesxo kəndində iyulun 11-dən davam edən yanğın söndürülüb.
APA-nın yerli bürosunun məlumatına görə, yanğının yenidən baş verməsi təhlükəsi istisna olunur.
Yanğın nəticəsində 3 hektara yaxın meşə örtüyü yanıb.
Yanğının baş verdiyi ərazi mürəkkəb relyefli olduğundan yanğının söndürülməsində ağır texnikadan istifadə mümkün olmayıb. Yanğının aradan qaldırılmasına canlı qüvvə və helikopter cəlb edilib.