Gürcüstan prezidenti Aİ komissarı ilə BTQ layihəsini müzakirə edib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Brüsseldə Avropa İttifaqının (Aİ) nəqliyyat məsələləri üzrə komissarı Violetta Bultsla görüşüb.
 

APA-nın yerli bürosunun Gürcüstan prezident administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin əhəmiyyəti müzakirə olunub. Qeyd edilib ki, BTQ Gürcüstanın tranzit potensialını artıracaq. Tərəflər Aİ və Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlığın müsbət dinamikasını vurğulayıblar.


G. Marqvelaşvili Aİ komissarını Anaklia dərin dəniz limanının inşası ilə bağlı məlumatlandıraraq qeyd edib ki, liman böyük həcmli yük gəmilərini qəbul etmək imkanına malik olacaq və bu da ticarət üçün yeni imkanlar yaradacaq.


Görüşdə həmçinin Gürcüstanda dəmir yollarının modernləşdirilməsi və Şərq-Qərb avtomagistralının tikintisi məsələlərinə də toxunulub.