ARDNŞ: Araşdırmalar Azərbaycanda yeni yeraltı qaz anbarının yaradılmasının məqsədəuyğunluğunu təsdiq etdi

Naxçıvan Muxtar Respublikasının (NMR) ehtiyaclarını təmin etmək üçün 200-300 milyon kubmetr saxlama həcmi olan yeraltı qaz anbarı kifayət edəcək. Bunu cümə axşamı jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, NMR-i qazla təchiz etmək məqsədilə İran "svop" tədarüklərini təmin edir. NMR-i sabit qaz təchizatı ilə təmin etmək üçün duz yatağının əsasında yeraltı qaz anbarının yaradılması barədə qərar qəbul edilib: "Hazırda ARDNŞ NMR-də duz yatağında ilk qiymətləndirmə quyusunda qazma işləri aparır və ilkin nəticələr duzun çökmə qalınlığının iqtisadi cəhətdən məqsədəuyğunluğunu göstərdi".

İlkin məlumata görə, burada duzun çökmə dərinliyi 52 metrdir, halbuki çökmə qalınlığının 40 metr olması artıq yeraltı qaz anbarının yaradılması üçün məqsədəuyğun hesab edilir.

Onun sözlərinə görə, birinci quyunun qazılmasından sonra qaz anbarının həcminin müəyyənləşdirilməsi üçün daha 3-4 quyu qazılacaq.