Azərbaycan ötən il Türkiyə və Gürcüstana qaz ixracını artırıb

2017-ci il ərzində Bakı-Tbilisi-Ərzurum  boru kəməri ilə Türkiyəyə 6300,1 mln. kubmetr qaz ixrac edilib. Bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 0,87% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Energetika Nazirliyinin  2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.

Məlumata görə, ötən il ərzində Bakı-Tbilisi-Ərzurum  boru kəməri ilə Gürcüstana 814,9 mln. kubmetr qaz ixrac edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə  2,81% çoxdur.

2017-ci il ərzində Qazıməmməd-Qazax boru kəməri ilə Gürcüstana 1379,7 mln. kubmetr qaz ixrac edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 18,32% çoxdur.