SOCAR-ın Karbamid Zavodunun tikinti işləri 93,3% yekunlaşıb

SOCAR-ın Karbamid Zavodunun tikinti işləri 99,3% yekunlaşıb.

APA-Economics”in məlumatına görə, bunu “SOCAR Karbamid” şirkətinin rəhbəri Xəyal Cəfərov bu gün Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti”ndə deyib.

Onun sözlərinə görə, zavodda ümumi işlərin 98,1%-i yerinə yetirilib: “Karbamid zavodunun mühəndislik işləri, satınalmalar 100%, quraşdırma işləri isə 88,5% tamamlanıb. Bu ilin sonuna inşaat işləri başa çatacaq, zavod gələn il istifadəyə veriləcək”.

X. Cəfərov bildirib ki, sentyabr ayına 14 mln. adam/saat təhlükəsiz iş görülüb, Gələn ilin yanvar ayına bu göstərici 15  mln. adam/saata çatacaq. Tikinti dövründə çalışanların sayı 2200-3600 nəfərdir, istismar dövründə 300-350 nəfərişçi olacaq. Müəssisədə ildə 650-660 min ton karbamid istehsal olunacaq”.

Zavod rəhbərinin sözlərinə görə, bunun 150-200 min tonu  daxili bazar üçün, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulub: “İxracda Türkiyə əsas marşrut olacaq. Gürcüstan, digər Qara dəniz və Aralıq dənizi ölkələri də ixrac marşrutları ola bilər".