Gürcüstanda orta aylıq əmək haqqı 10% artıb

Gürcüstanda orta aylıq nominal əmək haqqının məbləği artıb.


APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, 2017-ci ilin II rübündə ölkədə orta aylıq nominal əmək haqqı 1 071,1 lari təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.
 

Qonşu ölkədə biznes sektorda orta aylıq əmək haqqı 1 106,9 lari (13,2% artım), qeyri-biznes sektorunda isə 1 012,2 lari (4,7% artım) təşkil edib.
 

Gürcüstanda ən aşağı maaş təhsil sahəsindədir. Bu sahədə çalışanların orta aylıq əmək haqqı 583 laridir.