Gürcüstan rəsmisi: “BTQ layihəsində daha çox ölkələrin iştirak edəcəyinə əminəm”

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində daha çox ölkələrin iştirak edəcəyinə əminəm”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria deyib.

O, layihənin tezliklə istifadəyə veriləcəyinə ümidvar olduğunu qeyd edib.

“Layihə bizim iqtisadi, mədəni və siyasi inkişafımıza töhfə verəcək”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Qarsda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ahmet Arslan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov arasında görüş keçirilib. Görüşdə iştirak etmiş “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka BaxtadzeBakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edib: “Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanın nəqliyyat potensialının inkişafı üçün geniş imkanlar yaradır. Bu layihə Mərkəzi Asiya ölkələrini region ölkələri və bizim regionu Avropa bazarları ilə birləşdirəcək”.