Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük xidmətləri rəhbərlərinin görüşü keçirilir

alt

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük xidməti orqanları rəhbərlərinin üçtərəfli görüşü keçirilir. "Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev açıb.

Tədbirdə çıxış edən Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili isə çıxışında Bakı-Tbilisi-Qars dəmiyolu xətti haqqında danışıb. Nazir deyib ki, bu xəttin işə düşməsi üç ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsinə şərait yaradacaq.

Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi isə hər üç ölkənin ticarəti genişləndirmək üçün böyük potensialının olduğunu deyib: "Nəqliyyat baxımından da Azərbaycan və Gürcüstan tranzit əhəmiyyətə malikdir. Məhz bu potensialdan səmərəli istifadə etmək lazımdır".