ARDNŞ növbəti dəfə Gürcüstanda neft məhsullarının qiymətini aşağı salıb

alt

SOCAR Georgia Petrolium Gürcüstandakı yanacaqdoldurma məntəqələrində benzinin qiymətini yenidən azaldıb.


“APA-Economics”in şirkətə istinadən yaydığı məlumata görə, bu ölkədə benzin 2-3 tetri, yəni 0,9 - 1,3 qəpik ucuzlaşıb.

Şirkətdə bunu dünya bazarında neftin ucuzlaşması ilə izah ediblər.

Bununla da, SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələrində benzinin qiyməti indiyədək ən aşağı həddə düşüb.


Qeyd edək ki, hazırda bu ölkədə SOCAR-ın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti 2 laridən - 2,15 lari, yəni 86,3 - 92,8 qəpik aralığında satılır.

Xatırladaq ki, bu son 3 ayda SOCAR üçüncü dəfədir ki, benzinin qiymətini aşağı salıb.