BTQ yarımçıq qaldı

altTürkiyə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun öz ərazisində tikintisini dayandırıb

Buna səbəb podratçı-şirkətin planlaşdırılan işin öhdəsindən gələ bilməməsidir. İndiyədək Türkiyə ərazisində yolun tikintisinə 200 milyon manat vəsait xəclənib. Lakin ümumi işin cəmi 39 faizi yerinə yetirilib. Halbuki, podratçı-şirkət layihə üzrə bütün işləri təxminən 110 milyon manata tamamlamağı planlaşdırırdı.

Türkiyə Nəqliyyat Nazirliyinin hesablamalarına görə, Türkiyə ərazisində işin tamamlanmasına təxminəm əlavə 200 milyon manat vəsait lazımdır. Beləliklə BTQ dəmiryol magistralının Türkiyə ərazisinə aid olan hissəsinin tikintisinə sərf olunan vəsait 600 milyon manata çatır. Bu da əvvəlki rəqəmdən təxminən 3 dəfə artıqdır.

Yekun və ilkin hesablamalar arasında olan bu böyük fərq Türkiyə tərəfini də ciddi narahat edir. Buna görə də Türkiyədə vəziyyətin aydınlaşdırılması üçün nəzarət qrupu yaradılıb.

Qeyd edək ki, BTQ magistralının istismara verilməsi 2014-cü ilin sonuna planlaşdırılırdı.