“SOCAR” Yunanıstanın "DESFA" qaz şirkətinə əsas iddiaçı olub

Yunanıstanın satışa çıxarılmış "DESFA" qaz şirkətinə yeganə iddiaçı Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) olub.
Bu Rusiyanın “Sintez” və Yunanıstanla Çexiyanın müştərək “Terna-PPF” şirkətlərinin "DESFA" qaz şirkətinin özəlləşmə müsabiqəsində iştirakdan imtina etdikdən sonra mümkün olub.  
Rusiyanın “Sintez” enerji şirkəti Yunanıstanın DESFA qaz şirkətinin satışı üzrə müsabiqəsində iştirak etmək üçün tələb olunan ərizəni təqdim etməyib. Bu barədə “Röyters” agentliyi özəlləşmə müsabiqəsinin gedişatı ilə tanış olan mənbələrinə istinadən xəbər verib. Agentliyin məlumatına görə, Transadriatik qaz kəməri ilə resurslarını Avropa bazarına çıxarmaq niyyətində olan Azərbaycanın “SOCAR” neft-qaz şirkəti Yunanıstanın "DESFA" qaz şirkətinə əsas iddiaçı olub.