ARDNŞ “Qalatasaray”ın sponsoru olur - Klubdan AÇIQLAMA

alt

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Ünal Aysal sentyabrın 11-də Divan toplantısında “Sponsor problemini həll etdik. Bir həftə içində açıqlama verəcəyik” demişdi. Modern.az saytı xəbər verir ki, “Sabah” qəzeti “Qalatasaray”ın formasının ön hissəsində reklam verəcək şirkətləri açıqlayıb.
Klubun rəsmi saytında da yerləşdirilən məlumatda qeyd edilir ki, sarı-qırmızılılar maraqlı bir strategiya hazırlayıb və Super Liqada ayrı, Çempionlar Liqasındakı oyunlarda ayrı sponsor tapmağı bacarıb.

İyul ayından bəri danışıqlar aparılan Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) sonunda razılaşma əldə edildiyi ortaya çıxıb. Bildirilib ki, SOCAR Türkiyə çempionatında sarı-qırmızılı komandanın formasına reklam verəcək.

Klubun rəsmi saytında hətta geyim formalarının da şəkli yerləşdirilib.

“Qalatasaray”ın Çempionlar Liqası üçün isə Rusiya bankı “Sberbank”la razılığa gəldiyi bildirilir. “Sberbank” sarı-qırmızılı klubun illərdir çalışdığı və kredit aldığı “Denizbank”ın da sahibidir.