Azərbaycanla Gürcüstan birgə təlim keçirib

alt Gürcüstan və Azərbaycan arasında “Təhlükəsiz Qafqaz-2014” adlı beynəlxalq təlim keçirilib. Gürcüstan ərazisindəki Yalquca poliqonunda keçirilən təlimlərdə bu ölkənin Daxili İşlər Nazirliyi əməkdaşları, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirlikləri, Azərbaycanın FHN, həmçinin 
“British Petroleum” şirkətinin nümayəndələri iştirak ediblər.

Təlimlərin keçirilməsində əsas məqsəd Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq çərçivəsində xilasetmə işləri, genişmiqyaslı fövqəladə hallar zamanı qarşılıqlı yardımın təşkilidir.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyevin sözlərinə görə, Azərbaycan XIX əsrdən bəri neftin hasilatının aparıldığı ölkədir: “Bizim bu sahədə böyük təcrübəmiz var. Amma bildiyiniz kimi, neft və qazın çıxarılması fövqəladə hallar yaranma təhlükəsi olan mürəkkəb prosesdir. Ona görə fövqəladə hallara qarşı çevik reaksiya verilməsi bizim üçün əsas priorietetlərdən hesab olunur”.

Təlimlərdə həmcinin “British Petroleum” şirkətilə imzalanmış saziş çərçivəsində quruda və dənizdə neft dağılmalarının aradan qaldırılmasına yönəlmiş birgə tədbirlərin həyata kecirilməsi üzrə də işlər aparıldı.