Gürcüstanda “Argus Xəzər-Qara dəniz nəqliyyat koridoru” adlı beynəlxalq forum keçiriləcək

altSentyabrın 24-də Batumidə “Argus Xəzər-Qara dəniz nəqliyyat koridoru” adlı birinci beynəlxalq forum keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Foruma ən böyük neft, nəqliyyat və loqistika şirkətlərinin nümayəndələri, neft emal edən zavodlar, həmçinin Gürcüstan, Azərbaycan, Ermənistan, Türkmənistan, İran, Türkiyə, Rumıniya, Bolqarıstan, Özbəkistan, Əfqanıstan, Qazaxıstan, Rusiya və başqa ölkələrdən olan yanacaq istehlakçıları dəvət olunub.

Məlumata görə, tədbirdə “Azərbaycanın nəqliyyat koridorunun inkişaf perspektivləri”, “Xəzərdən Qara dənizədək, Mərkəzi Asiyadan Avropayadək nəqliyyat loqistikası və tarif siyasəti”, “Neft və quru yük nəqliyyat axınlarının qiymətləndirilməsi”, “Nəqliyyat mərkəzlərindən yeni regional layihələr” mövzularında müzakirələr aparılacaq.