ARDNŞ-dan neft çənindəki yanğınla bağlı açıqlama

altAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu gün Bakıda neft çənində baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Dalgatv APA-ya istinadən xəbər verir ki, məlumatda bildirilib ki, bu gün səhər saat 09.40 radələrində “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib.

Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edilib ki, çəndə toplanmış neft bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.