Gürcüstanın Xaşuri rayonunun Surami qəsəbəsində yeni qaz şəbəkəsi istsimara verilib

altÖtən il Gürcüstanda 57 min 733 abonentin qazlaşdırılması işləri başa çatdırılıb.

 Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində 8 min 464 abonent təbii qazla təmin olunub.

 “SOCAR- Corgia” şirkətinin investisiya proqramı çərçivəsində 2009-2013-ci illərdə ölkədə 166 min 91 abonent “mavi yanacaq”la təmin olunub. Cari ilin planında Gürcüstanda 86 min ailəyə qaz çəkilməsi nəzərdə tutulub.

  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Gürcüstan hökuməti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən, şirkət 2017-ci ilədək bu ölkədə daha 100 min abonenti təbii qazla təmin edəcəkdir.

  Gürcüstanda yeni qaz şəbəkəsi istismara verilib.

  Açılış mərasimində Gürcüstanın energetika naziri Kaxi Kaladze, “SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin rəhbərləri iştirak ediblər. Surami qəsəbəsində 14 kilometr uzunluğunda yeraltı polietilen qaz kəməri çəkilib. Şəbəkənin 980 abonentə xidmət etməsi nəzərdə tutulub. 

  Bununla da Xaşuri rayonunda 91 kilometr uzunluğunda qaz şəbəkəsinin çəkilişi tamamilə başa çatıb, 2 min 980 abonent qazla təmin olunub. Ümumilikdə, Şida Kartli diyarında çəkilmiş qaz kəmərlərinin uzunluğu isə 605 kilometrə çatdırılıb ki, bu da 19 min 295 abonentin qaz şəbəkəsinə qoşulmasına imkan verib.