Gürcüstanda ARDNŞ-nin 108-ci yanacaqdoldurma stansiyası açılmışdır

altAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan Nümayəndəliyi bu ölkədə 108-ci yanacaqdoldurma stansiyasını istifadəyə vermişdir.
Müasir tələblərə tam cavab verən obyekt Tbilisi şəhərində açılmışdır. İstehlakçılar burada avtomobilləri üçün benzinlə yanaşı, qaz da ala biləcəklər.
Yanacaqdoldurma stansiyasının açılış mərasimində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, şirkətin Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər.
Stansiyada 25 nəfər işlə təmin olunmuşdur.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Azərbaycan-Gürcüstan əməkdaşlığının getdikcə möhkəmləndiyini, Gürcüstanın yanacaq bazarında şirkətin mövqeyinin gücləndiyini vurğulamış, soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik etmişdir.