“SOCAR Corcia qas” şirkəti Gürcüstanın paytaxtı Tbilisidə yeni yanacaqdoldurma stansiyası açıb

alt “SOCAR Corcia qas” şirkəti Gürcüstan paytaxtı Tbilisidə yeni yanacaqdoldurma stansiyasını istifadəyə verib. Stansiyanın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Məntəqənin açılışını ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov həyata keçirib.

Mahir Məmmədov qeyd edib ki, bu, Gürcüstanda sayca 106-cı yanacaqdoldurma stansiyasıdır.O əlavə edib ki,bu ilin sonuna kimi daha 50 yanacaqdoldurma məntəqəsi istifadəyə veriləcək. Stansiyanın müasir tələblərə uyğun inşa olunduğunu bildirən şirkət rəsmisi burada 15 nəfərin işlə təmin edildiyini və soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli və Bolnisi rayonlarının hər birində yeni qazdoldurma stansiyasının açılacağını vurğulayıb.