SOCAR ölkədə operatorsuz yanacaqdoldurma məntəqələri yaradacaq

SOCAR şirkəti 2014-cü ildə “SOCAR” brendi adı altında avtomatik mini-yanacaqdoldurma məntəqələrinin (YDM) inşasına başlamağı planlaşdırır.Bu barədə cümə günü Dövlət Neft Şirkətindəki mənbə bildirib. “Bu il paytaxtda operatorsuz işləyəcək mini-YDM-in yaradılması üzrə işlərə başlamaq planlaşdırılır” – deyə, mənbə qeyd edib.

Hazırda yeddi yaxud səkkiz belə YDM-in layihələndirilməsi üzərində iş gedir.

Qeyd edək ki, mini-YDM-in inşasının bəzi üstünlükləri var. Belə ki, onlar kiçik ərazi tutur, ənənəvi YDM-lə müqayisədə inşaat və quraşdırma işlərinə xərcləri azaldır, yanacağı operatorsuz buraxmağa imkan verir, yanacaqdoldurma və ödəniş prosesi isə avtomatik rejimdə həyata keçirilir ki, bu da yekunda buraxılış qabiliyyətinin artması ilə nəticələnir.