Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini artırıb

altAzərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin oktyabr ayında dövlət büdcəsinə 138,976 mln. manat vəsait ödəyib. Bu, ötən ilin oktyabr ayına nisbətən 10,2% çoxdur.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında büdcəyə 1 324,068 mln. manat ödənilib ki, bu da ötən ilin eyni dövrünün analoji göstəricisinə nisbətən 14,2% çoxdur.

Bundan əlavə, bu ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13,378 mln. manat vəsait köçürüb. Bu, ötən ilin oktyabr ayına nisbətən 3,9% çox olub.

Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında şirkət tərəfindən DSMF-yə ödəniş ötən ilin 10 ayına nisbətən 1,5% artaraq 133,490 mln. manata çatıb.