Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,6 milyon nəfəri keçib

altBu il noyabr 1-nə olan məlumata əsasən Azərbaycanda təbii qazla təmin edilən abonentlərin sayı 1 603 258-ə çatıb. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, onların 1 584 076-sı əhali, 19 182-i isə qeyri-əhali sektoruna aiddir. Abonentlərin 688 675-i Bakı şəhəri (678 783 əhali, 9 892 qeyri-əhali), 914 583-ü regionların (905 293 əhali, 9 290 qeyri-əhali) payına düşür.

Bu ilin noyabrın 1-nə olan məlumata görə, əhali qrupu abonentlərinin mənzillərində 803 min ədəd “smart-kart” tipli sayğac quraşdırılıb. Bu il yanvarın 1-nə bu rəqəm 594 min həddində idi.