Azərbaycanda tikinti işlərinin qiymətləri ucuzlaşıb

Bu ilin III rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,3% ucuzlaşıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,3%, yol və körpü tikintisində isə 0,1% ucuzlaşma müşahidə edilib.

Bu ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, sosial təyinatlı binaların tikintisi üzrə 0,2%, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,1% ucuzlaşıb.

Hesabat rübündə yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,5%, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,2%, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,3%, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,1% ucuzlaşıb.

Yol tikintisi üzrə qiymətlər 0,1%, körpü tikintisi üzrə isə qiymətlər 0,3% ucuzlaşıb.