Dövlət Neft Şirkətinin ekologiya idarəsinin kollektivi növbəti iməcilik keçirmişdir

altAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsində payız-qış mövsümü ilə əlaqədar növbəti iməcilik keçirilmişdir.
AzərTAc xəbər verir ki, iməcilik müddətində idarənin əməkdaşları tərəfindən ərazidə 120 Eldar şamı əkilmiş və ağacların küləkdən mühafizə olunması üçün dayaq dirəkləri basdırılmışdır. Mövcud ağacların dibi yumşaldılmış, suvarılmış, dirəkləri bərkidilmişdir.
Bundan əlavə, iməcilik iştirakçıları ərazidə bir sıra abadlıq işləri apararaq, yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərmişlər.