Ronaldu Mübariz Mənsimovun ləl-cəvahirat mağazasının açılışına gəlir

“Xəzər  Lənkəran” klubunun fəxri prezidenti və “Palmali” Şirkətlər Qrubunun sahibi Mübariz Mənsimov dünyanın ən yaxşı futbolçularından olan "Real"ın hücumçusu Kriştiano Ronaldunu Türkiyəyə gətirəcək. Portuqaliyalı hücumçu iyunun 22-də ABŞ-in məşhur ləl-cəvahirat markalarından olan “Jacob&Co”nun Bodrumda ilk mağazasının açılış mərasiminə qatılacaq.
Mənsimov bu firmanın daha bir mağazasını İstanbulda açacaq. Ləl-cəvahirat markasının sahibi Yakob Arabo bildirib ki, mağazalar şəbəkəsinin gələcəkdə bütün Türkiyəyə yayılması nəzərdə tutulub: “Çox sevdiyim dostum Mənsimov markamızı Türkiyəyə daşımaq istədi. Biz də bunu münasib saydıq. İlk mağazamızı firmamızın reklam siması olan Kriştianu Ronaldunun da iştirakı ilə Bodrumda açacağıq”.
Qeyd edək ki, “Jacob&Co”nun müştəriləri arasında Madonna, Viktoriya və Devid Bekhemlər, eləcə də bir çox Hollivud ulduzu var.