Ermənilər Naxçıvanla sərhəddə irimiqyaslı təlimlərə başladı

altErməni Silahlı Qüvvələri hərbi birləşmə və hissələri Naxçıvan Muxtar Republikası ilə sərhəddə irimiqyaslı operativ-taktiki təlimlərə başlayıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin rəhbərliyi altında keçiriləcək təlimlərə bütün qoşun növləri üzrə hərbi hissə və bölmələrin cəlb olunduğu deyilir.

Bir həftə davam edəcək təlimlərin keçiriləcəyi sərhəd zonada Ermənistan müdafiə naziri Seyran Ohanyan da olub.