Güclü qasırğa Kvemo Kartli-Borçalı bölgəsinin elektrik enerjisi ilə təminatında problem yaratmışdır-A

Güclü qasırğa Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin elektrik enerjisi ilə təminatında problem yaratmışdır.
“Enerqo-pro Corcia” şirkətindən verilən məlumata görə, elektrik enerjisi verilişini bərpa etmək üçün lazımi tədbirlər görülür.
Sinoptiklər Gürcüstanda qasırğanın bu günün sonunadək davam edəcəyini proqnozlaşdırmışlar.