Ölüm maşını

alt

həqiqətən də bir sıra problemlərin cəmiyyətdə müzakirə olunmasını daha da aktuallaşdırdı.

Naşılıq və məsuliyyətsizlik nəticəsində uşaq tələf olmuş, ana isə ölümdən təsadüf olaraq dönmüşdür.

Bu, yüzlərlə qapalı qalan hadisədən çox cüzi hissəsinin cəmiyyətə çatdırılmasıdır. Azərbaycanda qadınların hamiləlik dövrü, xəstəxanada müayinə və müalicə proseduru, doğuşdan sonra körpənin taleyi əsasən Allah ümidinə buraxılır və müvafiq qurumların bu sahəyə məsuliyyət çərçivəsi dəqiq müəyyənləşməyib. Konkret təyinatı olan müavinətin ləğv edilməsi və verilən birdəfəlik müavinətin cüzi olması hər bir ailəni ağır xərclərin girdabına salmışdır. Söhbət təkcə məsuliyyətsiz, savadsız və naşı həkimlərdən, tibb personalından getmir.

Azərbaycanda həm də öz peşəsini layiqincə bilən, məsuliyyətini dərk edən həkimlər və tibb işçiləri var. Əslində bu sistemdə olan hədsiz mərkəzləşmə və naşı adamların idarəetmədə başa çıxarılması bütövlükdə sistemi iflic vəziyyətə gətirmişdir. Söhbət sistemin yanlış quruluşundan, yanlış idarəetmədən və bu sahədə olan qüsurlu dövlət siyasətindən gedir.