“Facebook” xoşbəxtlik yayır

alt

Almaniyalı alimlər "Facebook"la bağlı araşdırma apararaq maraqlı nəticələr əldə ediblər.

Araşdırma zamanı məlum olub ki, "Facebook" istifadəçilərinin paylaşdığı yazıları dostlarının bəyənməsi, xoş şərh bildirməsi onların beynində xoşbəxtlik hormonunun yaranmasına səbəb olur.

Alimlər bu hormonun ləziz yemək yeyərkən insan beynində yaranan hormonla eynilik təşkil etdiyini bildirirlər.