Gürcüstan ilə Türkiyə arasında yeni nəzarət-keçid məntəqələri açılacaqdır

Gürcüstanın kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, Türkiyə ilə Gürcüstan arasında yeni nəzarət-keçid məntəqələri tikiləcəkdir.
Hazırda bu dövlətlər arasında iki nəzarət-keçid məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdə daimi növbələr yarandığından yeni nəzarət-keçid məntəqələrinin tikilməsi gündəmə gəlmişdir.
İlkin mərhələdə dövlətlər arasında Muratlı nəzarət-keçid məntəqəsinin istifadəyə verilməsi barədə razılığa gəlindiyi və bu istiqamətdə intensiv işlər aparıldığı qeyd olunmuşdur.