Nazir müavini BMT-yə səfər etdi

altGənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Nyu-York qərargahında son görüşlərini keçirib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər BMT Təhlükəsizlik Şurası Modeli simulyasiyası ilə bağlı hazırlıq çərçivəsində baş tutub.

Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMT İP) əməkdaşlarından ibarət nümayəndə heyəti BMT-nin İnkişaf Proqramı rəhbərinin köməkçisi və BMT İP Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru xanım Cihan Sultanoğlu ilə görüşüb.

Görüş zamanı C. Sultanoğlu qeyd edib ki, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuş BMT Təhlükəsizlik Şurası Modeli tədbirinin keçirilməsi İnkişaf Proqramı ilə Azərbaycan Hökuməti münasibətlərinin yüksək səviyyədə olmasının sübutudur.