Pişik balaları metronu iflic etdi

altİki pişik balası Nyu-York metrosunda qatarların hərəkətində ciddi problemlər yaradıb.

Metronun əməkdaşları relslərin arasında qaçışan iki pişik balasını tutmaq üçün saatlarla çalışıblar.

İki pişik balasını Bruklindəki stansiyanın işçisi görüb.

Bundan sonra Nyu-York metropoliteninin rəhbərliyi həmin istiqamətdə qatarların hərəkətini dayandırıb.

"Hansısa pişikləri xilas etmək üçün qatarların hərəkətinin dayandırılması barədə elanı eşitdim. Etiraf edirəm, təbii, evə daha tez çatmaq istərdim. Amma əsas məsələ bu zavallıları xilas etməkdir", - metronun sərnişini Sandra Polel deyib.

Pişik balalarını tutmağa çalışan metro əməkdaşlarına Bruklin sakinləri də qoşulublar.

Sonucda iki polis zabiti balaca dəcəlləri tuta bilib.