Fransa Tbilisiyə silah satacaq

alt

Gürcüstan Müdafiə naziri Levon İzoriya Parisdə Fransanın hava hücumundan müdafiə sistemlərinin alınmasıyla bağlı müqaviləyə imza atıb.

Bu məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Nazirlik imzalanan müqavilənin vacibliyini və bu hava hücumundan müdafiə sisteminin Gürcüstan hava məkanının təhlükəsizliyinin qarantı olduğunu bəyan edib.

Qeyd edək ki, bundan öncə Fransa Gürcüstana VL Mika sistemlərini təklif edib. Təklifi Fransa Xarici İşlər naziri Jav İv Lö Drian irəli sürüb.

Xatırladaq ki, bir müddət öncə Fransanın eyni sistemləri Azərbaycana da satacağı barədə məlumat yayılıb.