“Facebook”dan maraqlı yenilik

“Facebook” sosial şəbəkəsi istifadəçilərin bütün məlumatlarını müəyyən mövzuya uyğun qruplaşdırmağa imkan verən hashtag funksiyasını işə salır.
Şəbəkə nümayəndələri bildirib ki, indiyədək nəyin baş verməsi və ya insanların nə barədə danışması haqqında şəbəkədə dolğun məlumat əldə etmək üçün sadə üsul olmayıb.
Bu məqsədlə sosial şəbəkə tərtibatçıları bir sıra funksiyalar tətbiq edirlər ki, bu da böyük hadisələr, məşhur insanlar və ya trend mövzular haqqında maraqlı diskussiyaları izləməyə imkan verəcək.
Keçid imkanlı haştaqlar bu funksiyalardan birincisi olacaq. İstifadəçilər onları öz qeydlərinə artıq Twitterdən tanış olduqları # işarəsi ilə əlavə edə biləcəklər. Funksiya üzərinə düyməni basdıqda, istifadəçi digər insanların, qrup və səhifələrin oxşar yazılarla qeydlər toplusunu görəcək.