Gürcüstanda müxtəlif xidmət sahələrində qiymətlər bahalaşıb

Gürcüstanda cari ilin noyabr ayında ərzaq malları və kommunal xidmətlər bahalaşıb, paltarların və ayaqqabının qiymətində isə ucuzlaşma müşahidə edilib.

“Dalga TV” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, cari ilin noyabr ayında ötən ilin müvafiq ayı ilə müqayisədə spritli içki və tütün məmulatlarının qiyməti 10,5 faiz, səhiyyə xidməti 1,5 faiz, rabitə xidməti 3,89 faiz artıb, mehmanxanalarda, kafe və restoranlarda xidmət haqqı 3,2 faiz, təhsil sahəsində isə 1 faiz bahalaşma müşahidə edilib.

Məlumata görə, Gürcüstanda nəqliyyat sahəsində də 1,8 faiz qiymət artımı olub.