Marneulidə azərbaycanlının evi yandı - Foto

Marneuli şəhəri, Sulxan Seba Orbeliani küçəsində Təzəgül Əliyevaya məxsus fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ümumi sahəsi 86 kv. metr olan ev tamamilə yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğından bir gün sonra hadisə ilə əlaqədar Marneuli rayon icra hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Hazırda Marneuli sakini olan azərbaycanlıya dəyən zərər hesablanır.

Gürcüstan parlamentinə yeni seçilən majoritar deputat Tamaz Naveriani evi yanan ailəyə baş çəkib. O, zərərçəkən ailənin bundan sonra onun tərəfindən kirayə haqqı ödəniləcək evdə yaşayacağı bildirilib. Qeyd edək ki, 3 azyaşlının yaşadığı Əliyevlər ailəsinin sosial vəziyyəti qənaətbəxş deyil.