SOCAR: Gürcüstandakı tələbələrimizin təhsil haqlarının ödənilməsində boşluq olub

 "2006-cı ildə Gürcüstan ali məktəblərində 10-15 azərbaycanlı tələbə təhsil alırdısa, 2016-cı ildə 2 minə qədər tələbə müxtəlif ali məktəblərdə müəyyən ixtisaslar üzrə təhsil alırlar". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov bildirib.


Onun sözlərinə görə, 2 minədək azərbaycanlı tələbənin təhsil haqqının 75-80%-i SOCAR tərəfindən tam şəkildə maliyyələşdirilir.

M. Məmmədov qeyd edib ki, tələbələrin təhsil haqlarının ödənilməsində 3-4 ay boşluq olub: "Mən buna çox təəssüf edirəm və buna görə hamıdan üzr istəyirəm. Amma indi belə boşluq yoxdur. Biz təhsil haqqı ilə bağlı problemi həll etmişik. Gələcəkdə çalışacağıq ki, belə boşluqlar olmasın. Biz çalışacağıq ki, gələcək nəsil savadlı olsun. Düşünürük ki, təhsilə yatırılan investisiyadan qiymətli heç nə ola bilməz".