Gürcüstanda parlament seçkilərinin ikinci turunun keçirilmə tarixi məlum olub

Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da 50 majoritar dairədə keçiriləcək.

APA-nın “Gürcüstan-Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə MSK-nın mətbuat xidmətindən bildirilib.

Bir sıra seçki məntəqələrində təkrar səsvermə isə oktyabrın 22-də baş tutacaq. Belə ki,  Marneulidə №36.22.48  nömrəli seçki məntəqəsində majoritar seçkilər, Zuqdidi isə üç seçki məntəqəsində majoritar və yerli seçkilər keçiriləcək.