Ana öz oğluna vəhşicəsinə işgəncə verdi - Ərinə oxşadığına görə

Ana 10 yaşlı oğlunu günlərlə ac-susuz qoyub, bədənini isti su ilə yandırıb. Uşağı ölümcül hala salandan sonra xəstəxanaya aparıb.
Hadisə Türkiyənin paytaxtı Ankarada baş verib. Araşdırma zamanı məlum olub ki, qadın keçmiş həyat yoldaşına bənzədiyi üçün oğluna işgəncə verirmiş.

Ayşə Özat adlı qadın bu ilin yanvar ayında həyat yoldaşından ayrılıb. Ayrılmalarına səbəb həyat yoldaşının ona və uşaqlarına işgəncə verməsi olub. Məhkəmənin qərarı ilə ailənin iki uşağı da Uşaq evinə yerləşdirilib. 9 ay əvvəl isə qadın uşaq evinə müraciət edib. 10 yaşlı Baran Efe Özat və adı bəlli olmayan 13 yaşlı iki uşağını da oradan götürmək istədiyini deyib.

Evdə sosial və maddi yardım alacağını deyən qadın dövlət qurumunu uşaqların ona verilməsinə razı salıb.

Son altı ay ərzində o, oğluna işgəncə verməyə başlayıb. Xəstəxanada uşağın bədəninin müxtəlif yerlərində yanıq, hətta deşilmiş, kəsilmiş yaralar da aşkarlanıb. Hazırda həkimlər uşağı həyata qaytarmaq üçün çalışır. Lakin uzun müddət qida qəbul etməyən oğlanın vəziyyəti ağır dəyərləndirilir.

Qadın işgəncələr verdiyi oğlunun keçmiş həyat yoldaşına oxşadığını deyib. Onun sözlərinə görə, əri də ona belə işgənncələr verirmiş. O, gördüyü hallüsinasiyalar səbəbindən oğlunu əri zənn etdiyini və bu hərəkətləri törətdiyini deyib.