Düyməni basmaqla genişlənən ev

ABŞ-ın təkər üstündə ev tikintisi sahəsində ixtisaslaşan “Tiny Idahomes” şirkəti mobil yaşayış evinin yeni modelini təqdim edib.

AZƏRTAC “novate.ru" saytına istinadla bildirir ki, bütün standartlara cavab verən evin divarları lazım olduğu halda düyməni basmaqla aralanaraq, genişlənə bilir.

Evin ümumi sahəsi 23 kvadratmetr təşkil edir. Rahat yaşayış üçün burada hər cür şərait yaradılıb. Belə ki, qonaq otağında divan, mətbəxdə isə qaz sobası, soyuducu və məişət əşyalarını saxlamaq üçün şkaf qoyulub.

İşıqlandırma sistemi işıq diodları lampaları ilə həyata keçirilir. Evin damında isə günəş batareyaları quraşdırılıb. Modul evin qiyməti 68 899 dollardır.