Kaxa Kaladzenin kriminal avtoritetlə münasibətlərinin olduğu iddia edilir

Kaxa Kaladzenin kriminal avtoritetlə münasibətlərinin olduğu iddia edilir
 
 

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin "Kalatoza" ləqəbli kriminal avtoritetlə münasibətlərinin olduğu iddia olunur.

"APA-Economics" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə müxalif Vahid Milli Hərəkatın liderlərindən biri, sabiq millət vəkili Qivi Tarqamadze bildirib.

Q. Tarqamadze deyib ki, "Kalatoza" K. Kaladzenin rəhbərlik etdiyiEnergetika Nazirliyinə 1,1 mln. dollar köçürüb.

Məsələyə K. Kaladze münasibət bildirib: "Mənim kriminal aləmlə heç bir əlaqəm yoxdur. Lakin Qivi Tarqamadzenin belə əlaqələri mövcuddur. Özündən soruşun və o sizə detallı şəkildə hər şeyi izah edəcək. Onun kriminal avtoritetlərlə birbaşa əlaqələri var. Onun mənim barəmdə dedikləri böyük yalandır. Energetika Nazirliyinin heç bir əlavə bank hesabı yoxdur. Düzdür, mənim özümün bankım olub. Bildiyiniz kimi, mən "Progress Bank"ı təsis etmişdim, lakin oradakı payımı satdım".